Braziliyanın məşhur klubunun müdafiəçisi “Sabah” yolunda

4 İyun 2021 23:20 Sabah 2 068
Braziliyanın məşhur klubunun müdafiəçisi “Sabah” yolunda

Heyətində təmizləmə işlərini yekunlaşdırmaq üzrə olan “Sabah” transfer çalışmalarını sürətləndirib.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, əcnəbi futbolçu axtarışında olan Bakı klubunun maraq dairəsinə düşən oyunçulardan biri də braziliyalıdır.

Geridə qalan mövsüm, xüsusən də, müdafiənin mərkəzində ciddi problemlər yaşayan paytaxt təmsilçisində baş məşqçi Ramin Quliyev bu mövqeyin gücləndirilməsini istəyib.

Bakılılar problemi “Palmeyras”ın oyunçusu Pedro ilə həll edə bilər. Çünki tam adı Pedro Enrike de Oliveyra Korreya olan 24 yaşlı futbolçu “Sabah”a təklif olunub.

Pedrao 2018-ci ildən “Palmeyras”a məxsus olmasına baxmayaraq, daha çox digər klublara icarəyə verilib.

Elə geridə qalan mövsümü də Portuqaliya klubu “Nasional”da icarədə keçirib. Lakin komandası elitada son pilləni tutaraq aşağı liqaya yuvarlanınca oranı tərk edib.

“Nasional”da aparıcı oyunçulardan olan “sambaçı”nın “Palmeyras”a qayıtma ehtimalı çox aşağıdır. Düzdür, ucaboy müdafiəçinin klubla müqavilə müddəti gələn ilin yayına qədərdir.

Ancaq “Palmeyras” Pedraonu yenidən icarə əsasında və ya birdəfəlik göndərməyə çalışır. Bu isə “Sabah”ın işini asanlaşdıra bilər.

Pedrao ötən mövsüm Portuqaliya Premyer Liqasında 30 matçda iştirak edib, 1 qol v

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"