"Futbol Qarabağın tanıtımı üçün böyük reklam olacaq"

6 Mart 2021 12:40 Sabah 1 224
"Futbol Qarabağın tanıtımı üçün böyük reklam olacaq"

"Müharibə vaxtı hamımızın fikri sırf Qarabağla bağlı idi. İdman bizim üçün ikinci sıraya keçmişdi".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın kapitanı Ruslan Abışov TRT-yə müsahibəsində 44 günlük Vətən müharibəsi barədə danışarkən deyib.

34 yaşlı futbolçu bildirib ki, həmin ərəfədə hamı cəbhədən gələn xəbərləri gözləyib: "Şükürlər olsun ki, sonluq istədiyimiz kimi oldu. Müharibədə qələbə qazandıq".

Təcrübəli müdafiəçi işğaldan azad olunmuş ərazilərdə beynəlxalq oyunların keçirilməsini təklif edib:

"Həmin ərazilər tam bərpa olunduqdan sonra orada bir neçə beynəlxalq görüş təşkil etmək daha məqsədəuyğun olar. Bu, mənim şəxsi fikrimdir.

İnanıram ki, federasiya da belə bir təklif irəli sürəcək. Çünki ölkəyə gələn əcnəbi futbolçular, hakimlər Qarabağı daha yaxşı tanıyacaq və o torpaqların Azərbaycana aid olduğunu anlayacaqlar.

Bu baxımdan, futbol Qarabağın tanıtımı üçün böyük reklam olacaq".

Digər Xəbərlər
Xəbər Lenti