Daha bir legioner Azərbaycandan ayrılmaq istəyir

20 Yanvar 2021 13:00 Sabah 895
Daha bir legioner Azərbaycandan ayrılmaq istəyir

Yevgeni Koçuk və Ulisse Dialodan sonra “Sabah“da daha bir legioner ayrılığı yaşana bilər.

Sportinfo.az-ın məlumatına görə, Nikola Vuyadinoviçə Serbiyadan təklif gəlib.

Ötən yay 1 illik müqavilə bağlayan monteneqrolu legioner adıçəkilən ölkəyə qayıtmaq niyyətindədir.

Komandanın son məşqlərində iştirak etməyən müdafiəçi koronavirus pandemiyasını və şəxsi məsələləri önə çəkərək, Serbiyaya dönməyin tərəfdarıdır.

“Srvena Zvezda”nın yetirməsi olan Nikola karyerası ərzində “Rad” (Serbiya, 2004/05), “Zeta” (Monteneqro, 2005/06), “Radniçki” (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), “Unirea Alba Yulia” (Rumıniya, 2009/10), “Aberdin” (Şotlandiya, 2010/11), “Yavor” (Serbiya, 2012), “Şturm” (Avstriya, 2012-2014), “Osasuna” (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16), “Lex” (Polşa, 2017-2019) klublarında çıxış edib.

Onun buna kimi son komandası Sloveniyada “Domjale” (2019/20) olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!