Özünə toy etdi, Premyer Liqa klubundan ayrıldı - FOTO

13 Yanvar 2021 14:20 Sabah 810
Özünə toy etdi, Premyer Liqa klubundan ayrıldı - FOTO

Ozan Can Kökçünün Azərbaycan günləri başa çatıb.

Sportinfo.az-ın məlumatına görə, gənclər yığmasının keçmiş yarımmüdafiəçisi "Sabah"dan ayrılıb.

O, karyerasını bundan sonra doğulduğu və futbolda ilk addımlarını atdığı Niderlandda davam etdirəcək. II Liqala mübarizə aparan "Telstar"la anlaşan futbolçu 2 illik müqaviləyə imza atacaq.

Bunun üçün sadəcə, "Sabah"ın Özan Cana azad agent statusu verməsi kifayətdir. Bu məsələ də ən qısa müddətdə həllini taapmalıdır. Hər halda hazırda iki klub arasında danışıqlar finiş mərhələsindədir.

Kökçünün ailə üzvləri Niderlandda yaşayır. Onun qardaşı Orkun Kökçü "Feyenord"da çıxış edir. Ozan Can ötən həftə Niderlandda məhdud çərçivədə özünə azərbaycanlı xanımla toy edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var