Azərbaycanın futbol səhnəsində daha bir yeni klub!

8 Noyabr 2024 11:20 Region Liqası 9 287
Azərbaycanın futbol səhnəsində daha bir yeni klub!

Azərbaycanda daha bir klub fəaliyyətə başlayıb.

Futbol ailəsinin yeni üzvü ATİDEL adlanır.

Bakıda yaradılan komanda AFFA tərəfindən qeydiyyata alınıb. ATİDEL Region Liqasının qarşıdakı mövsümünün iştirakçıları sırasında yer alacaq.

Paytaxt-şimal zonasında yarışacaq kollektiv bir qrup gənc iş adamı tərəfindən formalaşdırıldığı bildirilir.

Region Liqasında növbəti sezon, əslində, ötən ay başlamalı idi. Federasiya təşkilati məsələlərdə müxtəlif problemlərlə üzləşdiyindən, yarışın başlanma tarixi bir neçə dəfə ertələnib.

İndi də çempionatın noyabrın son günlərində başlaması planlaşdırılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!