AFFA: Bu komanda növbəti çempionatda iştirak edəcək

29 Oktyabr 2024 17:00 Region Liqası 4 457
AFFA: Bu komanda növbəti çempionatda iştirak edəcək

Ötən mövsüm II Liqada mübarizə aparmış “Kürmük” fəaliyyətini dayandırmayıb.

Bu haqda redaksiyamıza AFFA-dan məlumat verilib.

Bildirilib ki, Qax klubu çıxışını davam etdirəcək. Əyalət təmsilçisi bu məqsədlə federasiyaya müraciət ünvanlayıb.

Qurum da öz növbəsində “Kürmük”ü Region Liqasının yeni mövsümündə iştirakına icazə verib.

“Kürmük” keçən sezon II Liqada 26 oyun keçirib və cəmi 5 qələbə qazanıb. Komanda 17 xal toplayıb və 14 yarışmaçı arasında sonuncu yeri tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"