Azərbaycanda yeni yaranan və Avropaya açılan klub - VİDEO+FOTOREPORTAJ

26 May 2024 02:10 Region Liqası 1 756
Azərbaycanda yeni yaranan və Avropaya açılan klub - VİDEO+FOTOREPORTAJ

Region Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən final oyununda “Şimal” və “Hypers” qarşılaşıb.

Görüşün 120 dəqiqəsi 1:1 hesabı ilə yekunlaşıb. “Hypers”in heyətində 16-cı dəqiqədə Məhəmməd Alıyev, “Şimal”ın heyətində isə 74-cü dəqiqədə Rauf Məmmədov fərqlənib.

Penaltilər seriyasında rəqibinə 3:1 hesabı ilə qalib gələn “Şimal” çempion olub.

Komanda növbəti mövsüm II Liqada yarışacaq və UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək.

Oyundan sonra mükafatlandırma mərasimi təşkil edilib.

38 qol vuran Mübariz Futbol Akademiyasının oyunçusu Cəfər Şahməmmədov bombardirə təqdim olunan mükafata yiyələnib. “Hypers”dən isə Anar Ağayev Region Liqasında mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.

Nəhayət, “Hypers” gümüş medalla, “Şimal” isə qızıl medal və kubokla təltif olunub. Komandalara mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov təqdim ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var