"Xəzər Lənkəran"da dost-yoldaş idilər, indi isə…

14 May 2024 10:40 Region Liqası 3 690
"Xəzər Lənkəran"da dost-yoldaş idilər, indi isə…

Region Liqasında finalçılar məlum olub.

İki debütant komanda kuboku qazanmaq üçün üz-üzə gələcək.

Bunlar vaxtilə «Xəzər Lənkəran»da çiyin-çiyinə çıxış etmiş Vüqar Nadirovla Tural Cəlilovun çalışdırdığı kollektivlərdir.

Nadirovun sükanı arxasında dayandığı «Hypers» yarımfinal mərhələsində «Ümid»lə qarşılaşıb. Onlar Saatlı təmsilçisinə 2 cavabsız qolla qalib gəliblər.

Cəlilovun həm oyunçu, həm də məşqçi kimi xidmət etdiyi «Şimal» isə «Göyəzən»i mübarizədən kənarlaşdırıb. Xaçmazlılar Şahlar Sadıyevin dublu sayəsində Qazax komandasını 2:0 üstələyib.

Yarışın həlledici görüşü mayın 24-də, saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!