COP29

Vüqar Nadirovun Region Liqasında işi "Ümid"ə qaldı

1 May 09:40 Region Liqası 1 445
Vüqar Nadirovun Region Liqasında işi "Ümid"ə qaldı

Region Liqasında yarımfinlçılar müəyyənləşib.

Vüqar Nadirovun çalışdırdığı «Hypers» ¼ final mərhələsini uğurla adlayıb.

Onlar «Ağstafa Gəncləri»ni 7:3 hesabıyla üstələyib. Saatlı «Ümid»i Cəlilabadda «Zəfər 44»ü darmadağın edib - 4:1.

Səfərdə keçirilən ilk matçda 4:1 udan «Şimal» Siyəzəndə «Lənkəran»la 1:1 edib və adını son 4 xoşbəxt siyahısına yazdırıb.

«Göyəzən» - « Masallı» duelinin ikinci pərdəsi 1:1 başa çatıb. Qazax komandası birinci qarşılaşmada 2:1 hesabıyla qalib gəldiyindən, mərhələ adlayan tərəf olub.

Beləcə, yarımfinal cütləri bilinib. «Hypers» finala vəsiqə qazanmaq üçün «Ümid»lə, «Göyəzən» də «Şimal»la üz-üzə gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti