"Lənkəran" Zəngilan klubuna rəqib oldu - Region Liqasında pley-off püşkü

4 Aprel 19:20 Region Liqası 859
"Lənkəran" Zəngilan klubuna rəqib oldu - Region Liqasında pley-off püşkü

Bu gün AFFA-nın inzibati binasında AFFA Region Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az püşkatmanın nəticələrini diqqətinizə çatdırır:

1. “Olimpiya” (Ağcabədi) – “Masallı”
2. “Göyçay” – “Göyəzən”
3. “Çinar Zəngilan” – “Lənkəran”
4. “Neftçala” – “Şimal”
5. “Mübariz FA” – “Ağstafa Gəncləri”
6. “Goranboy Qala” – “Hypers”
7. “Ümid” (Saatlı) – “Bərdə”
8. “Zəfər-44” – “Araz” (İmişli)

Növbəti mərhələdə birinci cütün qalibi ilə ikinci cütün qalibi, üçüncü cütün qalibi ilə dördüncü cütün qalibi, beşinci cütün qalibi ilə altıncı cütün qalibi, yeddinci cütün qalibi ilə səkkizinci cütün qalibi görüşəcək.

Yarımfinal, 3-cü yer uğrunda və final oyunu isə tək qarşılaşmadan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.

Eyni zonadan iki komanda rəqib ola bilməz. Əgər püşkatma zamanı eyni zonadan iki komanda bir-birinə rəqib çıxarsa, həmin komanda digər cütə keçirilir.

Bu gün baş tutan püşkatma mərasimində "Ümid Saatlı"nın rəqibi onunla eyni zonadan çıxdığı üçün, püşkatma qaydalarına uyğun olaraq komanda digər cütə keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU