Azərbaycanda komanda 56 yaşlı hücumçu tapdı

5 Mart 12:40 Region Liqası 3 413
Azərbaycanda komanda 56 yaşlı hücumçu tapdı

Azərbaycanın tanınmış futbolçularından, karyerası daha çox doğma Gəncəsinin təmsilçisi "Kəpəz”ə bağlı olmuş Rövşən Əhmədov futbola qayıdıb.

Sportinfo.az xəbər verir ki bu barədə "Kəpəz" futbol veteranları" qrupu məlumat yayıb.

Veteran hücumçu 56 yaşında yaşıl meydana dönüb.

Belə ki, Əhmədov Region Liqasında çıxış edən "VT Gəncə”nin oynayan məşqçisidi. Şimal-Qərb və Zərb zonasında çıxış edən gəncəlilər son turda "Şəki”ni qəbul edib və 1:1 hesablı bərabərliyə qayıblar.

Rövşən də oyunun iştirakçısı olaraq start heyətdə meydana çıxıb.

Əhmədov futbolçu kimi "Kəpəz” ilə Azərbaycan çempionu, ölkə kubokunun qalibi adını qazanıb. O, "sarı-göylər”in heyətində çempionatın bombardiri də olub.

Digər Xəbərlər
Xəbər Lenti