Azərbaycanda unikal komanda yaradıldı - Hər kənddən 1 futbolçu götürüldü

13 Fevral 21:00 Region Liqası 4 827
Azərbaycanda unikal komanda yaradıldı - Hər kənddən 1 futbolçu götürüldü

“Əlimizdə olan heyətlə yaxın gələcəkdə təcrübə toplayıb, daha iddiali olmaq istəyirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Biləsuvar”ın baş məşqçisi İsmayıl Hüseynzadə deyib.

Biləsuvar rayonunun eyniadlı komandası Region Liqasının yeni iştirakçılarından biridir. AFFA-nın himayəsi altındakı çempionatda debüt mövsümünü keçirən kollektiv cənub zonasında qüvvəsini sınayır.

"Biləsuvar Futbol Klubu" Məhdud Məsuliyyətli Cəmiyyəti 3 avqust 2023-cü il tarixində rayon sakinləri Zəfər Kazımov, İsmayıl Hüseynzadə ve Əli Nəcəfovun ortaq qərarı ilə yaradılıb.

Hazırda prezident vəzifəsini Zəfər Kazımov daşıyır. Əli Nəcəfov isə İdare Heyətinin üzvü və köməkçi məşqçi olaraq burada öz funksiyasını yerinə yetirir.

Klub 12 sentyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Onun yaradılmasında məqsəd Biləsuvar rayonunda daimi fəaliyyət göstərən futbol klubunun olmasıdır:

“Fikrimiz uşaq-yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilidir. Həmçinin niyyətimiz Azərbaycanda futbolun inkişafı proqramına dəstək verməkdir.

Növbəti mövsüm üçün planlarımız AFFA-nın aşağı yaş kateqoriyaları üzrə yarışlarına qatılmaq və rayonumuzun istedadlı uşaq-yeniyetmə və gənclərini ölkə daxilində və xaricində tanıtmaqdır.

İndi sadəcə, Region Liqasında iştirak edib, növbəti mövsüm üçün təcrübə toplayırıq. Komandamız həvəskarlar üzrə ölkə çempionatında və ölkə kuboku yarışlarında da iştirak edəcək.

Yaxin gələcəkdə Ikinci Liqa və Birinci Liqaya vəsiqə qazanmağı planlaşdırmışıq.

Başqa məqsədlərimiz də var, lakin bunun üçün bizə sponsor gərəkdir. Ümid edirik ki. yaxın gələcəkdə istəyimizə nail olarıq.

Hazırda Region Liqasında qrup sonuncusuyuq. Komandamızda oynayan futbolçularin daha əvvəl belə təcrübəsi olmayıb.

Demək olar ki, rayonun hər kəndindən oyunçularımız var. Cəmi 2 nəfər uşaq futbolu təcrübəsini keçib, onlar da tezliklə “Lerik”ə transfer olacaq.

Komandanın qurulmasında adları çəkilən şəxslər həm rəhbər, həm də işçi vəzifələrini icra edirlər. Hətta baxımsız qalan stadionun biçilməsi, təmizlənməsi və xətlənməsi belə, futbolçularla birlikdə edilib.

Komandamiza dəstək olsa, stadionun daha da ideal vəziyyətə gətirilməsinə şərait yaradılsa, sevinərik. Çünki Biləsuvar rayonunda istedadlı gənclər çoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!