Çempionatda NÖVBƏTİ ÖZBAŞINALIQ: “Yoxlamıram, gedin, kimə istəyirsiz şikayət edin“

27 Mart 2023 12:40 Region Liqası 1 494
Çempionatda NÖVBƏTİ ÖZBAŞINALIQ: “Yoxlamıram, gedin, kimə istəyirsiz şikayət edin“

Region Liqasında pley-off mərhələsinin cavab qarşılaşması keçirilib.

Paytaxt zonasının «A» və «B» yarımqruplarında ikinci yeri tutmuş «Difai» ilə «Şirvanovka» ikincilərin meydanında üz-üzə gəlib.

Qusar təmsilçisi ilk oyunda (2:1) olduğu kimi, doğma məkanda da qələbə qazanıb - 1:0.

Şirvanovka qəsəbəsində keçirilən və yüzlərlə azarkeşin izlədiyi qarşılaşma gərgin anlara səhnə olub. Referi hər iki tərəfə 10-dan çox vərəqə göstərib və bunların 6-sı qırmızı rəngə çalıb.

«Difai» əsanamənin tələblərinin pozulmnası ilə bağlı AFFA-ya şikayət məktubu göndərib.

Klubun baş katibi Nicat Əhədov və baş məşqçi Paşa Əliyevin qurumun İntizam Komitəsinin sədri Erkin Hüseynova ünvanladığı məktubda qeyd olunur:

«Bildiyiniz kimi, 25 mart 2023-cü il tarixində AFFA Region Liqasının Paytaxt-Şimal bölgəsi üzrə pley-off mərhələsinin cavab oyunu keçirilib.

Oyun başlamazdan öncə hakimlər briqadasına yaxınlaşaraq, Region Liqasının Əsasnaməsinin tələblərinə uyğun olaraq komandaların lisenziyalarının yoxlanılmasını xahiş etdik.

Əfsuslar olsun ki, oyunun baş hakimi çox kobud surətdə“yoxlamıram, gedin, kimə istəyirsiz şikayət edin. Gedin, Qabilə deyin” bildirdi. Məsələ belə olduğu təqdirdə, 14:51, 14:54, 14:56, 15:01, 15:03, 15:09, 15:25 saatlarında Region Liqasının təşkilat komitəsinin üzvü Qabil Nəcəfovla əlaqə saxlayaraq, məsələnin AFFA-nın qaydaları çərçivəsində həll olunmasını istədik.

Belə ki,:
1) Əsasnamənin 5-ci maddəsində (Transfer, icarə və sifariş məsələləri) qeyd olunub:

Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri

5.11 Mövsüm ərzində aşağıda göstərilmiş hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
• Doğum haqqında şəhadətnamə;
• Şəxsiyyət vəsiqəsi;
• Ümumvətəndaş pasportu;
• Tibbi arayış;
• Məktəbdən arayış (tələb olunduqda);
• Elektron formatda təqdim olunan fotoşəkil (3x4);
• Müqavilə.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.

Əgər hakim lisenziyaları yoxlamaqdan imtina edirsə, onların saxta olmasını necə aşkar edəcək?
2) Əsasnamənin 6-cı maddəsində (İştirakçı komandanın öhdəlikləri) qeyd olunub:

6.1 İştirakçı klub və ya komandalar bu əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
6.3 İştirakçı klub və komandalar oyuna gələn zaman lisenziyaları rəngli çap edib oyuna gətirməlidirlər (A4 formatında).

Hansı səbəbdən 15:30-da cəmi 2 vərəq gətirib hakimə təqdim olunur və hakim onu qatlayıb arxa cibinə qoyaraq oyunu başlayır? AFFA rəsmisinə məlumat verilsə də, Əsasnamənin tələblərinə niyə riayət olunmur?

3) Əsasnamənin 7-ci maddəsində (Yarışın keçirilmə sistemi) qeyd olunub:

7.7 Komandalar oyunun başlamasına 60 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər. Komandalar oyunun başlamasına 75 dəqiqə qalmış oyunun elektron protokoluna nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı, futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər.

Təkrar olaraq lisenziyaların təqdim olunmasının vacibliyi vurğulanırsa, oyunun baş hakiminin qərəzli mövqeyi nədən, hardan və kimdən qaynaqlanır?

4) Əsasnamənin 9-cu maddəsində (Oyunun təşkili) qeyd olunub:

9.5 Ev sahibi komandanın 6 rəsmi şəxsindən biri mütləq həkim olmalıdır.

9.7 Komandalar oyunun başlanmasından 75 dəqiqə öncə elektron protokola nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı və futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır.

Texniki zonaya buraxılışı olan bütün rəsmi şəxslər, o cümlədən, həkimin lisenziyası yoxlanılmalı idi.

Düşünürük ki, 9.7. bəndinin sonuncu cümləsi oyunun baş hakiminin AFFA qaydalarını ya bilməməsi, ya da bilərəkdən heçə saymasından, və yaxud da komandamıza qarşı qərəzli mövqeyindən cavab verir. 6.1. bəndində qeyd olunduğu kimi bütün komandalar bu Əsasnamənin hər bir bəndinə riayət etməlidirlərsə niyə buna əməl olunması təmin edilmir?

5) Əsasnamənin 11-ci maddəsində (Oyun zamanı futbolçuların əvəzlənməsi) qeyd olunub:

11.2 Meydana daxil olmağa hazırlaşan futbolçu ehtiyat hakimə lisenziya ilə yaxınlaşmalıdır.

Heç bir lisenziyanı yoxlamadan oyunu başlayan baş hakimdən əvəzetmə zamanı lisenziyaların yoxlanmasını gözləmək absurddur.

6) Əsasnamənin 12-ci maddəsində (Oyunun protokolu) qeyd olunub:

12.3 Elektron protokollarda baş verə biləcək problemlərin olması ehtimalını nəzərə alaraq, klublar və hakimlər hər oyun protokolun kağız versiyasını stadiona gətirməlidir.

12.4 Protokolda futbolçunun adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat oturacaqlarda əyləşən rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Oyun protokolu hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.

12.6 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:

• Lisenziyanın nömrəsi;
• Komandanın adı;
• Şəxsin adı, soyadı, atasının adı;
• Fotoşəkil;
• Təvəllüdü.
12.7 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.

Yuxarıda qeyd etdiyimiz kimi nə komandanın oyunçularının, nə rəsmi şəxslərinin lisenziyaları, nə də ki, oyun üçün sifariş protokolu hakimlərə təqdim olunub.

7) Əsasnamənin 16-cı maddəsində (Hakimlik və İnspeksiya) qeyd olunub:

16.5 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır.

Düşünürük ki, Əsasnamənin bir neçə bəndində baş hakim tərəfindən lisenziyaların yoxlanılması tələbi olsa da buna riayət olunmaması etiraz üçün əsas sayılmalıdır.

8) Əsasnamənin 18-ci maddəsində (Etirazlar) qeyd olunub:

18.1 Etiraz yalnız aşağıda qeyd olunan 2 halda qəbul oluna bilər:

• Lisenziyası olmayan oyunçunun oyun zamanı və oyun bitdikdən sonra aşkar edilməsi

18.2 Etiraz edən baş məşqçi 24 saat ərzində öz etirazını elektron poçt vasitəsi ilə liqalar@az ünvanına göndərməlidir.

Əsasnamənin 12.7. və 18.2. bəndlərini rəhbər tutaraq qeyd olunan məsələlər üzrə 25 mart 2023-cü il tarixində saat 15:05, 15:32 və 17:28–də liqalar@az e-mail ünvanına 3 etitraz məktubu göndərilib. Bu etiraz məkltubları telefon vasitəsilə oyun meydançasından, sonradan aşkar edildiyinə görə deyil, əvvəlcədən Əsasnamənin tələblərinin pozulması və baş hakimin qərəzli mövqeyiyini gördqüyümüz üçün yazılıb.

Oyun zamanı baş hakim komandamızın oyunçularına qarşı 2 qayda pozuntusundan birini verməsi, 3 açıq kobudluğa görə 1 sarı kart göstərməsi, qapıçı ilə təkbətək qalmaq üzrə atılmış topun rəqib tərəfindən bilərəkdən əl ilə saxlanmasına sarı vərəqə göstərilmədən adi cərimə təyin etməsi, digər epiozodda bilərəkdən hücumun qarşısını əl ilə alınmasına baş hakimin reaksiya verməyib, yan hakimin təkidlə bayraq qaldırmasından sonra cərimə təyin etməsi və sonra laynsmana yaxınlaşaraq onun işinə müdaxilə etməməsi üçün tənbeh eləməsi, 100%-lik penalti qayda pozuntusunu görməzlikdən gəlməsi, oyunun sonunda onunla əl sıxmaq istəməyən oyunçulara qırmızı vərəqə göstərməsinin səbəblərinin araşdırılmasını xahiş edirik.

Klubumuz qeyd etdiyimiz nüansların nəzərə alınacağına, məsələnin FİFA qaydaları əsasında araşdırılacağına və ədalətli qərar qəbul ediləcəyinə əmin olduğunu bildirir».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti