
“Xəzər Lənkəran 42” ciddi problemlə üzləşib.
Bu barədə Sportinfo.az-a komandanın futbolçuları məlumat verib.
Onların bildirdiyinə görə, ev oyunlarını keçirdikləri “Xəzər Lənkəran” Mərkəzi Stadionunun rəhbərliyi dəyişib.
Yeni idarəçilər burada bərpa-quruculuq işləri görmək istədiyindən, arenanın qeyri-müəyyən müddətə bağlanması gözlə
Hər halda yeni yaradılan klubun nümayəndələrinə belə bir məlumat verilib. Onlar da öz növbəsində futbolçuları gedişatdan xəbərdar ediblər.
“Xəzər Lənkəran 42” Region Liqasında yarışır. Cənub zonasında çıxış edən kollektiv liderlər qrupunda yer alıb.
Klubun direktoru Höccət Hacıyevdir. O, 2004-2016-cı illərdə “Xəzər Lənkəran”da müxtəlif vəzifələr tutub.
Hacıyev fəaliyyətini dayandırmış klubun sahibi Mübariz Mənsimovun yaxın qohumudur.