"Qar yerə oturana kimi çempionatı dayandırmayacağıq“

10 Dekabr 2022 11:20 Region Liqası 636
"Qar yerə oturana kimi çempionatı dayandırmayacağıq“

Naxçıvan Futbol Federasiyası (NFF) Region Liqasının bu zona üzrə yarışmasının iştirakçıları ilə əlaqəli yaranmış problemləri həll edib.

Bu haqda Sportinfo.az-a NFF-nın sədr müavini Sakit Rzayev bildirib.

Onun sözlərinə görə, təmsilçisi olduğu qurum öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirib:

“Bəzi komandaların sənədləri qaydasında deyildi, ona görə də ilk turun 3 oyununu təxirə salmalı olmuşduq. Onları qaydasına saldıq. Bu gün isə növbəti tura start veriləcək.

Son vaxtlar Naxçıvanda havalar çox soyuq keçir. 12-15 yaş qruplararası ölkə çempionatının zona yarışlarını buna görə təxirə salmışıq.

Uşaqların səhhətindən narahatıq. Fikirləşirik ki, xəstələnərlər, sonra da valideynləri futbola gəlməyə qoymaz.

Amma Region Liqasına fasilə verməyəcəyik. Qar yerə oturana kimi çempionatı dayandırmayacağıq“.

Region Liqasına 8 komanda qatılıb: “Dübəndi” (Ordubad), “Kəngərli”, “Babək”, “Sədərək”, “Naxçıvan Müəllimlər İnstitutu”, “Arpaçay” (Şərur), “Batabat” (Şahbuz), “Əlincə” (Culfa).

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti