“Xəzər Lənkəran”dan PULSUZ ŞOU və… İLK FOTOREPORTAJ

5 Dekabr 2022 17:40 Region Liqası 1 327
“Xəzər Lənkəran”dan PULSUZ ŞOU və… İLK FOTOREPORTAJ

Region Liqasında 4-cü turun oyunları keçirilib.

Cənub zonasında mübarizə aparan “Xəzər Lənkəran 42” bu dəfə “Ərkivan”la üz-üzə gəlib.

Ağadadaş Həmidovun çalışdırdığı “ağ-yaşıllar” bu dueldən qalib ayrılıb - 7:2.

Lənkəran komandasının heyətiondə Ümüd Hüseynov het-trikə imza atıb. Röyal Nəcəfov dubl müəllifi olubsa, digər qolları Cavad Bağırov və Elşən Rzazadə vurub.

“Xəzər Lənkəran 42” azarkeşlərin stadiona axınına nail olmaq üçün biletləri pulsuz edib. Lakin cəmi bir neçə yüz nəfər “Xəzər Lənkəran” Mərkəzi Stadionuna təşrif buyurub..

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti