Vüqar Nadirovun komandası Goranboyda "Qala"nı fəth edə bilmədi

9 Aprel 11:20 Region Liqası 969
Vüqar Nadirovun komandası Goranboyda "Qala"nı fəth edə bilmədi

Region Liqasında pley-off mərhələsinə start verilib.

İlk oyunlarda bəzi sürpriz nəticələr qeydə alınıb.

Vüqar Nadirovun çalışdırdığı və çempionluğun favoritlərindən sayılan «Hypers» Goranboyda yerli «Qala»ya 1:2 hesabıyla uduzub.

Cənub zonasında qrupu dördüncü yerdə bitirmiş «Lənkəran» isə Bakıda Zəngilan «Çinar»ına məğlub olmayıb. Paytxatın «A» qrupunu məğlubiyyətsiz birinci yerdə bitirmiş «Mübariz» ev sahibi qismində qəbul etdiyi «Ağstafa Gəncləri»nə yenilib.

Xaçmaz «Şimal»ının Neftçala səfəri minimalhesablı bərabərliklə başa çatıb. Saatlı «Ümid»i doğma rayonda «Bərdə»nin öhdəsndən çətinliklə gəlib - 2:1.

«Olimpiya» Ağcabədidə eyni hesabla «Masallı»nı üstələyib. «Göyçay» - «Göyəzən» qarşılaşmasında da 1:1 hesabı qeydə alınıb.

«Zəfər 44» Cəlilabadda «Araz»ı (İmişli) 1 cavabsız qolla məğlubiyyətə uğradıb.

SPORTİNFO.AZ

Pley-off (1/8 Final) ilk oyun

Oyun

Tarix

Stadion

Nəticə

Olimpiya (Ağcabədi)-Masallı PFK

06.04.2024

Ağcabədi OİK

2

1

Ümid FK-Bərdə FK

06.04.2024

Saatlı OİK

2

1

Göyçay FK-Göyəzən PFK

07.04.2024

Göyçay şəhər stadionu

1

1

Çinar Zəngilan FK-Lənkəran FK

07.04.2024

ASCO Arena

2

2

Neftçala FK-Şimal FK

07.04.2024

Neftçala şəhər stadionu

1

1

Mübariz FA-Ağstafa Gəncləri

07.04.2024

ASK Arena IV

1

2

Goranboy Qala FK-Hypers FC

07.04.2024

Goranboy OİK

2

1

Zəfər-44-Araz (İmişli)

07.04.2024

Cəlilabad şəhər stadionu

1

0

Bombardirlər: Cəfər Şahməmmədov (Mübariz Futbol Akademiyası) – 37, Balazair Əsədullayev (Çinar Zəngilan FK) -37, Sahib Ağabəyov (Gənclər PFM) – 26 qol.

Digər Xəbərlər
Xəbər Lenti