"Bu gün lıqalarda elə klublar var ki…" - POÇT  QUTUMUZ

20 Aprel 23:40 Region Liqası 1 582
"Bu gün lıqalarda elə klublar var ki…" - POÇT  QUTUMUZ

Xəbər verdiyimiz kimi, bu yay Azərbaycanda yeni liqa yaradıla bilər.

AFFA-dan redaksiyamıza verilən informasiyaya görə, hazırla III Liqanın təsis olunmasıyla bağlı müzakirələr aparılır.

Bildirilib ki, Peşəkar Futbol Liqasıyla bu istiqamətdə məsləhətləşmələr gedir. Çempionatın əsasnaməsi və reqlamenti ilə ələqadar təkliflər hazırlanır.

Proses yekunlaşandan sonra AFFA İcraiyyə Komitəsinin (İK) üzvləri ideya ilə tanış ediləcək. İK-nın mayda keçiriləcək növbəti toplantısında buna dair yekun qərarın verilməsi nəzərdə tutulur.

İndi Azərbaycanda 5 liqa mövcuddur - Premyer Liqa, Əvəzedicilər Liqası, I Liqa, II Liqa və Region Liqası.

Region Liqasında mübarizə aparan «Ağstafa Gəncləri»nin baş məşqçisi Şahin Kərimov bu haqda saytımızın «feysbuk» səhifəsinə aşağıdakıları yazıb:

«Bəli, adam tapılmır, amma baxır harada. Bu il biz təkcə Region Liqasında 50 futbolcu sifariş etmişik.

Hələ mən Premyer Liqada, Birinci Liqada, İkinci Liqada cıxış edən ağstafalılardan söz acmıram. Cörəyi verin cörəkciyə.

Bu gün lıqalarda elə klublar var ki, Azərbaycan futboluna bir dənə də olsun, futbolcu verməyib.

Adını cəkməyəcəm, cünki o bölgənin insanları inciyirlər. Deyirlər ki, niyə ad cəkirsən?

Üçüncü Liqa da yaranmalıdır və futbol adət-ənənəsi olan bölgələrə orada verilməlidir».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti