COP29

“Biz həvəskar komandayıq, futbolçularımız dövlət müəssisələrində çalışır”

6 İyun 08:40 Region Liqası 1 213
“Biz həvəskar komandayıq, futbolçularımız dövlət müəssisələrində çalışır”

"Ölkəmizi UEFA Regionlar Kubokunda ən yaxşı şəkildə təmsil etmək istəyirik".

bunu "report"a açıqlamasında AFFA Region Liqasının son mövsümünün qalibi olan “Şimal”ın prezidenti Qılman İbrahimov deyib.

Ölkəmizi UEFA Regionlar Kubokunda təmsil edəcək Xaçmaz klubunun rəhbəri uğurlu çıxışla yadda qalmaq istədiklərini bildirib:

"İki ildən bir keçirilən yarışda daha əvvəl "Cəbrayıl" çıxış etmişdi. Bu dəfə bizim bəxtimizə düşüb.

Hazırlıqlarımız adi qaydada davam edir. Biz həvəskar futbolçulardan qurulmuş komandayıq.

Heyətin əksər üzvləri dövlət müəssisələrində çalışır və istədiyimiz vaxt, istədiyimiz saatda bir araya toplaşmaq alınmır.

Bununla belə, futbolçular formada qala bilmək üçün çalışırlar ki, tez-tez məşqlər etsinlər. AFFA Region Liqasında qalib olmaqla yarıhəvəskar, yarıpeşəkar II Liqaya vəsiqə qazandıq.

Çalışacağıq ki, Region Liqasında çempion olmağımızda bizə kömək göstərən futbolçulara şans verək".

Qeyd edək ki, UEFA Regionlar Kuboku 28 iyun - 4 iyul tarixləri aralığında Gürcüstanda təşkil olunacaq.

Mübarizəyə ilkin mərhələdən başlayacaq "Şimal" B qrupunda İsveçin “Qothenburq” və Gürcüstanın “Football School Bridge” kollektivləri ilə qarşılaşacaq.

Qrupun qalibi birinci mərhələnin 4-cü qrupunda İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq. Bu mərhələnin görüşləri isə oktyabrın 21-27-də İsveçrədə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti