Bölgə klubu şəhid ailələrinə köməklik göstərir - FOTOLAR

22 Dekabr 2020 19:40 Region Liqası 1 011
Bölgə klubu şəhid ailələrinə köməklik göstərir - FOTOLAR

"Ağsu Siti" İdman Klubu sosial yönümlü fəaliyyətini davam etdirir.

Sportinfo.az xəbər verir ki, Könüllü Yardım Fondunun aksiyasına qoşulan bölgə təmsilçisi şəhid Nəcəfov Fərid Fərman oğlunun ailəsinə paltaryuyan maşın və soyuducu bağışlayıb.

Atakişiyev Hüseyin Sənan oğlu tərəfindən şəhid Cəfərzadə Sübhanın atası Mehman Cəfərzadəyə istədiyi əlil arabası alınıb. Ağsu rayonunda yaşayan bu ailə həmçinin paltaryuyan maşın və qida məhsulları ilə təmin olunub.

Sübhanın şəhid olması xəbərini eşidən anası infarkt keçirib və hazırda müalicə alır. Atası isə yerimə qabiliyyətini itirib.

Digər Xəbərlər
Xəbər Lenti