“Qəbələ”də koronavirusa yoluxan futbolçuların adları

27 Noyabr 2020 16:00 Qəbələ 1 253
“Qəbələ”də koronavirusa yoluxan futbolçuların adları

Bir qədər öncə xəbər verildiyi kimi, Premyer Liqada daha bir oyun təxirə salınıb.

11-ci turun sabah keçirilməli olan “Sumqayıt” - “Qəbələ” oyunu baş tutmayacaq.

Buna koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçəcəyi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək

Burada mövzu “Qəbələ“dir. Redaksiyamıza daxil olan məlumata görə, əyalət klubunun 10-a yaxın üzvündə bu xəstəliyin əlamətləri aşkarlanıb.

Konkret adlara gəlincə, 5 futbolçunun ilkin testi pozitiv çıxıb və onlar təcili karantinə alınıb. Ceyms Aleniyi, Merab Qiqauri, Murad Musayev, Ülvi İsgəndərov və Rasim Ramaldanov həkim nəzarətinə götürülüb.

“Qırmızı-qaralar“ın digər təmsilçiləri isə bu gün Peşəkar Futbol Liqasının istəyi üzərinə xəstəxanalardan birinə müraciət edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?