Rəqib futbolçu tapmadı, "Qəbələ"nin oyunu 70 dəqiqə davam etdi - VİDEO

21 Yanvar 2022 17:56 Qəbələ 877
Rəqib futbolçu tapmadı, "Qəbələ"nin oyunu 70 dəqiqə davam etdi - VİDEO

Türkiyənin Antalya bölgəsində təlim məşq-toplanışında olan "Qəbələ" ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, əyalət təmsilçisi bu dəfə Şimali Makedoniyanın "Borats" komandası ilə qarşılaşıb.

Rəqibin heyətində futbolçu sayı az olduğundan, görüşün hər hissəsi 35 dəqiqədən ibarət olub.

Qarşılaşma "qırmızı-qaralar"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 11-ci dəqiqədə Omar Hani vurub.

"Qəbələ" Antalyadakı ilk sınaq matçında Polşa "Zaqlembe"sinə 1:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır