Bu faktlar Qurban Qurbanovu necə məyus etməsin?

27 Noyabr 2020 21:00 Qarabağ 444
Bu faktlar Qurban Qurbanovu necə məyus etməsin?

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində 4 turu xalsız başa vurub.

Sportinfo.az xəbər verir ki, IV turda “Sivasspor”a 2:3 hesabı ilə yenilən Qurban Qurbanovun yetirmələri bu göstərici ilə öz antirekordunu yeniləyib.

Tarixində 7-ci dəfə avrokubokların qrupunda oynayan ağdamlılar buna qədər bir dəfə ardıcıl 3 matçda məğlubiyyətə üzülüb.

Bu, 2018/19 mövsümündə qeydə alınıb. Həmin vaxt Avropa Liqasında mübarizə aparan “Qarabağ” “Sportinq”ə (Portuqaliya) 0:2, “Arsenal”a (İngiltərə) 0:3, “Vorskla”ya (Ukrayna) 0:1 hesabı ilə uduzub.

Bu dəfə dörd məğlubiyyətdən sonra 9 top buraxan təmsilçimiz iki il əvvəlkindən fərqli, 3 dəfə rəqib qapısına yol tapa bilib.

Cari mövsümdə “Qarabağ” Təl-Əviv “Makkabi”sinə (İsrail) 0:1, “Vilyarreal”a (İspaniya) 1:3, “Sivasspor”a (Türkiyə) isə 0:2 və 2:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti