Ddünya çempionatında Meksika Çexiya yığmasına qalib gəlib.
Sportinfo.az xəbər verir ki, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında Şimali Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyiblər.
Meksikalıların heyətində 55-ci dəqiqədə Mateo Çaves, 6 dəqiqə sonra isə Xulian Kinyones yerli azarkeşləri ayağa qaldırıblar. Matçda son nöqtəni isə 90+4-cü dəqiqədə Alvaro Fidalqo qoyub.
Qrupdakı 3 görüşünü də qələbə ilə başa vuran Meksika 9 xalla A qrupunu lider tamamlayıb. 1 xalla sonuncu olan Çexiya isə mundialla vidalaşıb.
Bu nəticə ilə Meksika millisi tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsində keçirdiyi hər üç oyundan qələbə ilə ayrılıb.
Komanda həmçinin 1970-ci ildən bəri ilk dəfə qrup mərhələsindəki bütün görüşlərdə qapısını toxunulmaz saxlamağı bacarıb.

