Cənubi Afrika Respublikası millisi dünya çempionatının qrup mərhələsinin III turunda Koreya Respublikasını 1:0 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, Meksikada keçirilən qarşılaşmada yeganə qolu 63-cü dəqiqədə Txapelo Maseko vurub.
A qrupunun digər oyununda Meksika millisi Çexiyanı 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, Meksika 9 xalla qrup lideri kimi növbəti mərhələyə yüksəlib. Cənubi Afrika Respublikası 4 xalla ikinci yeri tutaraq pley-offa vəsiqə qazanıb.
Koreya Respublikası 3 xalla üçüncü, Çexiya isə 1 xalla sonuncu pillədə qərarlaşıb.
Cənubi Afrika Respublikası millisi tarixində ilk dəfə futbol üzrə dünya çempionatının pley-off mərhələsində çıxış edəcək.

