Millətlər Liqasının bürünc mükafatçısı “Qarabağ”da - 6-CI TRANSFER

25 İyun 19:20 Qarabağ 3 190
Millətlər Liqasının bürünc mükafatçısı “Qarabağ”da - 6-CI TRANSFER

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti keçidini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, bu haqda klub açıqlama yayıb.

Rusiyadan “Pari Nijni Novqorod” ilə danışıqlar uğurla yekunlaşıb və Renaldo Sefas “Qarabağ”a transfer olunub.

Hər iki cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış edən yamaykalı ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı legioner 2029-cu ilin yayına qədər “köhlən atlar”ın formasını geyinəcək.

Yamaykada “Arnett Qardens”in formasını geyinmiş Renaldo Şimali Makedoniyada “Şkupi”, Türkiyədə “Ankaragücü”də çıxış edib və 2025-ci ilin yayında Rusiya təmsilçisinə keçib.

2023-cü ildən Yamayka millisinin üzvü olan Sefas 21 oyunda 1 qol vurub. O, 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatçısı olub.

Renaldo Sefas yay transfer pəncərəsində komandanın altıncı transferidir.

Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç “Qarabağ”a qoşulub.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM