Almaniyanın məşhur "Transfermarkt" portalı "Qarabağ"ın bosniyalı qapıçı Martin Zlomisliçin transferi üçün ödədiyi məbləği açıqlayıb.
Sportinfo.az xəbər verir ki, Ağdam klubu bu transfer üçün Xorvatiya "Riyeka"sına 500 min avro ödəyib.
Əlavə edək ki, "Qarabağ" Zlomisliçlə üç illik müqavilə imzalayıb. Sonradan tərəflər razılaşarsa, müqavilə müddəti bir illik də artırıla bilər.
Hazırda Bosniya və Herseqovina komandasın heyətində DÇ-2026-da iştirak edən Zlomisliç “Qarabağ”a qədər “Şiroki Briyeq” və “Riyeka”nın qapısını qoruyub.

