Burada hərc-mərclik hökm sürür: Heyət kasaddır, maliyyə problemləri var

09:20 Problem 189
Burada hərc-mərclik hökm sürür: Heyət kasaddır, maliyyə problemləri var

“Zirə”nin Konfrans Liqasında rəqibi olan “Torpedo”nun işləri yolunda getmir.

Sportinfo.az xəbər verir ki, komandanın cari durumu azarkeşlərinin narazılığına səbəb olub.

Tərəfdarlar bu barədə fikirlərini Kutaisi təmsilçsinin sosial şəbəkə hesablarında qeyd ediblər. Onlar “Zirə”ni mübarizədən kənarlaşdıracaqlarına inanmırlar.

Çünki hazırda klubda hərc-mərclik hökm sürür. Heyət kasaddır, maliyyə problemləri var. İş o yerə çatıb ki, hətta bəziləri klubun “qartallar”ı keçmək şansının möcüzəyə bərabər olduğunu bildirir.

Düzdür, “Zirə”nin münasib rəqib olduğunu düşünənlər də var. Ancaq onlar da bunun üçün heyətin gücləndirilməsini tələb edir.

İş ondadır ki, “Torpedo” sonuncu transferini bu ilin fevralında reallaşdırıb. Görünür, komanda “qartallar”ın önünə böyük ölçüdə indiki heyətlə çıxacaq.

Əlbəttə, belə vəziyyət azarkeşlərin qəzəblənməsinə və narazılığının artmasına səbəb olub.

Komandalar arasında ilk oyun iyulun 8-i, saat 20.00-da “SOCAR Polymer Arena”da keçiriləcək. Cavab matçı isə iyulun 16-da, Bakı vaxtı ilə saat 20.00-da Kutaisidə - “Ramaz Şengeliya”da olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti