İstədikləri yarımmüdafiəçini Superliqada tapdılar - Maaş və müddət gizli qalmadı

09:40 Hadisə 399
İstədikləri yarımmüdafiəçini Superliqada tapdılar - Maaş və müddət gizli qalmadı

“Şəfa” ikinci legionerlə anlaşıb.

21 ildən sonra Premyer Liqaya qayıtmış paytaxt təmsilçisi Vlad Popu heyətinə qatıb.

Son olaraq Rumıniya Superliqasında “Unirea Sloboziya”nın şərəfini qorumuş yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanıb. O, bu müddətdə 6000 dollar əməkhaqqı alacaq.

Transfer dəyəri 350 min avro olan 25 yaşlı orta sahə oyunçusu Rumıniyanın U-21 millisinin formasını geyinib. Geridə qalan mövsümdə 33 rəsmi matçda meydana çıxıb.

I Liqanın çempionu olaraq elitaya dönən «ağ-göylər» həmçinin Mohamed Medfaini sıralarına qatıb. Fransalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Onun 25 yaşı var. Ərəb kökənli vinger son olaraq «Şarleru»nun formasını geyinib.

Üç il ərzində burada 84 oyuna çıxıb, 14 qol vurub. «Ayaçço»nun yetirməsi indiyədək 3 ölkədə legioner həyatı yaşayıb.

Polşada «Olimpia Qrudziąd», Portuqaliyada «Marítimo» və Tunisdə «Monastir»ın üğurları üçün tər töküb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti