Anası vəfat etdi, təcili komandanı buraxıb ölkəsinə qayıtdı

25 İyun 18:40 Fransa 675
Anası vəfat etdi, təcili komandanı buraxıb ölkəsinə qayıtdı

Fransa millisinin baş məşqçisi Didye Deşam anasının vəfatı səbəbindən ölkəsinə yollanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis DÇ-2026-nın qrup mərhələsinin son turunda Norveçlə keçiriləcək oyunda komandasının yanında ola bilməyəcək.

Fransa və Norveç milliləri I qrupda mübarizə aparır və hər iki komanda 6 xal toplayaraq artıq pley-off mərhələsinə vəsiqəni təmin edib.

Qrup liderliyi üçün Fransaya son turda məğlub olmamaq kifayətdir.

57 yaşlı Didye Deşam 2012-ci ildən Fransa millisinin baş məşqçisidir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"