”Qarabağ” çempionluq titulunu geri qaytarmaq üçün nə edəcək? - AÇIQLAMA

25 İyun 17:40 Qarabağ 1 111
”Qarabağ” çempionluq titulunu geri qaytarmaq üçün nə edəcək? - AÇIQLAMA

“Məqsədimiz bütün hallarda çempion olmaqdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Qarabağ”ın kapitanı Abdullah Zubir deyib.

Fransalı vinger bildirib ki, Premyer Liqanın növbəti mövsümü əvvəlindən də çətin keçəcək:

“Sabah”ın etdiyi transferlərə baxanda bunu hiss etmək çətin deyil.

Çempionluq titulunu qaytara biləcəyik? Bunun üçün nə lazımdırsa, edəcəyik.

Çempionatda rəqabətin artması həm biz futbolçular, həm tribunadakı azarkeşlər, həm də siz jurnalistlər üçün xeyirdir. Çətin oyunlar, gözlənilməz nəticələr, tribunalardakı ab-hava futbola gözəllik verir.

Məqsədə çatmaq üçün hazırlıq mərhələsindən maksimum yararlanmalıyıq ki, sonra çətinlik çəkməyək”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM