"Qarabağ" dağların arasında, yaşıllığın içində - Avstriyadan VİDEO

00:40 Qarabağ 114
"Qarabağ" dağların arasında, yaşıllığın içində - Avstriyadan VİDEO

"Qarabağ" Avstriyada təlim-məşq toplanışına start verib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi məşq prosesindən videoçarx yayımlayıb.

Qeyd edək ki, görüntülərdə əsas komandanın heyətində məşq edən Elvin Cəfərquliyev də yer alıb.

"Qarabağ" hazırlıq prosesi çərçivəsində 3 yoxlama matçı keçirəcək.

Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq (saat 19:00). Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq.

Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək. Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı