"Qarabağ"da daha 4 yeni legioner - Transfer bazarından SON XƏBƏR

25 İyun 13:00 Qarabağ 3 891
"Qarabağ"da daha 4 yeni legioner - Transfer bazarından SON XƏBƏR

«Qarabağ»ın qarşıdakı günlər üçün transfer planı məlum olub.

Premyer Liqanın gümüş medalçısı bundan sonrakı dönəmdə daha 4 yeni oyunçu alacaq.

Ağdam təmsilçisindən saytımıza verilən məlumata görə, rəhbərlik bu istiqamətdə konkret işlər görür.

Danışıqlar aparılan legionerlərlə ilkin razılıq əldə olunub. Onların məxsus olduğu klublarla təzminat məbləğinin razılaşdırılması gözlənilir.

Ümumiyyətlə, «köhlən atlar» Avropa Liqasının startınadək bu işləri bitirmək fikrindədir.

«Qarabağ» yeni mövsüm üçün hələlik 5 transfer həyata keçirib.

Zakaria Savo ("Aris", Kipr), Jali Muaddib (“Omoniya Aradippou", Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya) və Martin Zlomisliç ("Riyeka", Xorvatiya) kollektiv qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti