“Qarabağ”ın ən reytinqli futbolçusunun adını çəkdi - UEFA

27 Noyabr 2020 16:20 Qarabağ 906
“Qarabağ”ın ən reytinqli futbolçusunun adını çəkdi - UEFA

Avropa Liqasının qrup mərhələsinin IV turundan sonra futbolçuların reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, noyabrın 26-da keçirilən 24 matç cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycanın Avropa Liqasının qrupundakı yeganə təmsilçisi “Qarabağ”ın ən yaxşısı Abdullah Zubirdir. 2369 xala malik yarımmüdafiəçi 212-ci yerdə qərarlaşıb. Uroş Matiç 1945 xalla 309-cu, Donald Gerye 1871 xalla 323-cüdür.

Azərbaycan millisinin üzvləri arasında Şahruddin Məhəmmədəliyev öndədir. Qapıçı 1566 xalla 399-cu sırada qərarlaşıb. İsmayıl İbrahimli 871 xalla 618-ci, Mahir Emreli 602 xalla 700-cü yerdədir.

Fransa “Lill”ində çıxış edən türkiyəli Yusuf Yazıçı 7879 xalla liderdir. Almaniya “Bayer”inin üzvü Leon Beyli 7316 və İngiltərə “Arsenal”ının futbolçusu Nikolas Pepe 7104 xalla ilk “üçlük”də qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı