Çalımbay "Qarabağ"a aid bir PLANININ ÜSTÜNÜ AÇDI

27 Noyabr 2020 00:20 Qarabağ 513
Çalımbay "Qarabağ"a aid bir PLANININ  ÜSTÜNÜ AÇDI

“Bu oyunda həm Türkiyə, həm də özümüz üçün qələbə qazanmalı idik”.

Sportinfo.az xəbər verir ki, bunu "Sivasspor”un baş məşqçisi Rza Çalımbay Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyundan sonra deyib.

İstanbuldakı qarşılaşmada Azərbaycan çempionu üzərində 3:2 hesablı qələbə qazanan “igidlər” xallarının sayını 6-ya yüksəldib və 1/16 final şansını davam etdirib.

Matçdan sonra baş tutan mətbuat konfransında 57 yaşlı mütəxəssisin qələbə şərhi belə olub: “Bu qələbədən sonra “Vilyarreal” və “Makkabi” ilə görüşlərin önəmi daha da artdı. Bu qədər zədəyə və itkiyə baxmayaraq, mükəmməl şəkildə çıxış etdik”.

Çalımbay matçdan əvvəl ehtiyat qapıçıya da meydan oyunçusu kimi şans verməyi planlaşdırdıqlarını etiraf edib: “Cəmi 4 ehtiyatımız var idi. Hətta ehtiyatdakı qapıçımıza da meydan oyunçusu kimi şans vermək üçün forma düzəltdirmişdik. Komandamla qürur duyuram”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 22:20 Son 10 ilin ən düz adamı
16 Yanvar 11:25 Metro yenə bağlı olacaq