"Cəmi 5 gün bəs etdi ki, “Qarabağ”ın..." - YENİ TRANSFER

1 Avqust 2020 11:34 Qarabağ 1 214
"Cəmi 5 gün bəs etdi ki, “Qarabağ”ın..." - YENİ TRANSFER

Sportinfo.az "Qarabağ”ın yeni transferi, serbiyalı yarımmüdafiəçi Uroş Matiçin müsahibəsini təqdim edir:

- Yeni komandanızda özünüzü necə hiss edirsiniz?

- “Qarabağ”ı əvvəldən tanıyır, bilirdim ki, böyük klubdur. 3 dəfə Bakıda bu komandaya rəqib olmuşam. Bunların biri Danimarka “Kopenhagen”ində, 2-si isə Kipr APEOL-ində çıxış edərkən idi. Yəni, “Qarabağ” haqqında çox şey bilirdim. Bura gəlməmişdən əvvəl bir çox insanla danışmışdım. Cəmi 5 gün bəs etdi ki, “Qarabağ”ın böyük ailə olduğunu görüm.

- Maraqlıdır, Ağdam klubundan təklif alanda kimlərlə məsləhətləşmişdiniz?

- Komandanın keçmiş qapıçısı Asmir Beqoviçlə danışmışdım. Çünki o, mənim yaxın dostumdur, qardaş Nemanya Matiçlə birlikdə “Çelsi”də çıxış edib. Beqoviç “Qarabağ” haqqında xeyli müsbət fikir səsləndirdi. Bu amil də qərar verməyimdə vacib rol oynadı.

- Bəs təklif nə vaxt gəldi?

- Bir neçə gün danışıqlar oldu. Gördüm ki, “Qarabağ” ciddi klubdur, hədəfləri, iddiası var, avrokuboklarda uğur qazanmaq istəyir. Klubla hədəflərimiz üst-üstə düşdüyündən, təklifi qəbul etdim. Mən də uğur qazanmaq istəyirəm.

- Yeni komandanıza uyğunlaşa bilirsiniz?

- Cəmi 4 gündür komanda ilə birlikdəyəm. Uyğunlaşmaq üçün elə də çox vaxt lazım deyil. Çünki artıq çəkim yoxdur, buraya hazır formada gəlmişəm. Əlbəttə, yeni komandadır, yeni baş məşqçi ilə çalışıram. Buna baxmayaraq, sürətlə adaptasiya olacağam. Çünki biz peşəkar futbolçularıq. Bir neçə gündən sonra bir-birimizi daha yaxşı başa düşəcəyik.

- Ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsinin Bakıdakı cavab görüşündə APOEL-in heyətində siz olmasaydınız, “Qarabağ” qalib gələrdi, yoxsa Kipr klubu?

- “Qarabağ” APOEL-dən yaxşı oynasa da, biz qollar vurub qalib gəldik. Şanslar 50/50-yə idi. Sonda APOEL 2:0 hesablı qələbə qazandı və ikinci qolu mən vurdum. Bu, futboldur. “Qarabağ”la yenidən avrokuboklarda oynayacağım üçün sevinirəm. Məncə, önəmli olan budur (report).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı