"Qarabağ" yeni transferinin adını bəyan etdi - FOTO

2 İyul 2020 12:30 Qarabağ 1 375
"Qarabağ" yeni transferinin adını bəyan etdi -  FOTO

"Qarabağ" yeni transferini açıqlayıb.

Sportinfo.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi sabiq futbolçusu Donald Geryenin komandaya qayıtdığını bəyan edib.

Klub 31 yaşlı haitili cinah oyunçusu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti