Özünü "Qarabağ"a təklif etdi, Qurbanova söz verdi ki…

1 İyun 2020 12:44 Qarabağ 2 496
Özünü "Qarabağ"a təklif etdi, Qurbanova söz verdi ki…

«Neftçi»dən ayrılan Donald Gerye «Qarabağ»ın nümayəndələri ilə əlaqə saxlayıb.

Sportinfo.az-ın məlumatına görə, Haiti millisinin müdafiəçisi 2 il formasını geyindiyi Ağdam klubuna (2017-2019) dönmək istədiyini bildirib.

31 yaşlı legioner geri qayıtması üçün istənilən güzəştə getməyə hazır olduğunu etiraf edib. O. bunu «Qarabağ»ı yaxşı tanıması, burada gözəl günlər yaşamasıyla əlaqələndirib.

Cinah oyunçusu söz verib ki, əgər Qurban Qurbanov gəlişinə müsbət yanaşsa, nizam-intizamla bağlı məsələlərdə ikiqat diqqətli olacaq, əvvəl etdiyi səhvləri təkrarlamayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!