Qurban Qurbanov Rəşad Sadıqovun 6 ay da oynamasını istəyir

30 May 2020 16:56 Qarabağ 1 369
Qurban Qurbanov Rəşad Sadıqovun 6 ay da oynamasını istəyir

Hələ bir neçə ay öncə xəbər vermişdik ki, Rəşad Sadıqov mövsüm başa çatdıqdan sonra karyerasını başa vuracaq.

Bunu həmin vaxt “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da təsdiqləmişdi:

“Rəşad karyerasını ötən il bitirmək istəyirdi, mən qoymadım. Hətta ona iki illik müqavilə təklif elədik, razı olmadı. Bir illik uzatmaq istədi. Sonda qərara gəldik ki, bu mövsüm oynasın, sonra karyerasını bitirsin. Rəşadın böyük potensialı var. Belə potensiallı insanlara güvənmək mənim üçün sevindiricidir".

Qurban Qurbanov günü bu gün də 38 yaşlı kapitanı ilə vidalaşmaq istəmir. Təcrübəli çalışdırıcı onun bu yay da avrokuboklarda çıxış etməsinə tərəfdardır.

Azərbaycanın ən güclü məşqçisi Sadıqovun bu ilin noyabr-dekabr aylarından tez butsılarını mıxdan asmasının əleyhinədir. Bunun iki səbəbi var.

Koronavirus pandemiyası Qurbanovun transfer planlarında dəyişikliyə gətirib çıxarıb. Yeni futbolçuların alınmasına ayrılan büdcənin azaldılması gözlənildiyindən, o, düşündüyü 2 mərkəz müdafiəçisini düşərgəyə gətirə bilmir.

İndiki halda adıçəkilən mövqeyə yalnız 1 legionerin alınması realdır. Digər tərəfdən isə o, komandada Rəşadın yerini tutacaq ikinci lideri görmür.

Qurban bəy baxır ki, Maksim Medvedev, Qara Qarayev və başqalarına Sadıqovun ayaqqabısını geyindirmək mümkündür, fəqət heç biri onun yerişini yeriyə bilməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti