COP29

“Qarabağ”dan getməsi gözlənilən oyunçulardan biri də… Bu ölkələrdən təklifi var

25 May 14:20 Qarabağ 4 366
“Qarabağ”dan getməsi gözlənilən oyunçulardan biri də… Bu ölkələrdən təklifi var

“Qarabağ” mövsümün sonunda bir neçə aparıcı futbolçusu ilə yollarını ayıra bilər.

Sportinfo.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, komandanı tərk etmək ehtimalı olan oyunçulardan biri də Leandro Andradedir.

24 yaşlı yarımmüdafiəçinin cari mövsüm həm Premyer Liqada, həm də Avropa Liqasındakı performansı bir neçə klubun diqqətini cəlb edib. Onlar arasında Türkiyə Superliqası, Rusiya Premyer Liqası komandaları da var.

Düzdür, Kabo Verde millisinin üzvü ağdamlılarla müqavilə müddətini 2027-ci ilə qədər uzadıb. Lakin Azərbaycan çempionu sərfəli təklif gələcəyi təqdirdə, “yox” cavabını verməyəcək.

Leandro Andrade bu mövsüm bütün turnirlərdə ümumilikdə 56 oyunda iştirak edib, 15 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"