"Atletiko"lu "Qarabağ"a qol vurdu, Essyenlə müqayisə olundu

12 May 2020 20:00 Qarabağ 513
"Atletiko"lu "Qarabağ"a qol vurdu, Essyenlə müqayisə olundu

Qana millisinin sabiq üzvü Stiven Appia yığmadakı keçmiş komanda yoldaşı, hazırda "Səbail"də çıxış edən Maykl Essyenlə "Atletiko"nun futbolçusu Tomas Parteyi müqayisə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə 40 yaşlı veteran yarımmüdafiəçi "Joy FM"ə açıqlamasında bildirib.

O deyib ki, 26 yaşlı yarımmüdafiəçini Essyenlə eyni sıraya qoymaq düzgün deyil. Appianın fikrincə, Partey 38 yaşlı yarımmüdafiəçi ilə müqayisə oluna bilməz:

"Əvvəlki fikrimdə qalıram. Partey bütün göstəricilərdə Essyendən xeyli uzaqdadır. Buraya oyunu oxumaq, rəqibi keçmək və universallıq kimi xüsusiyyətlər aiddir".

Maykl Essyen 2019-cu ilin martından "Səbail"də çıxış edir. Tomas Partey isə 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ"la ev oyununda (1:1) komandasının bərabərlik qolunu vurub.

Digər Xəbərlər
Xəbər Lenti