"Transferlərlə bağlı hazırda hansısa iş getmir" - "Qarabağ" rəsmisi

4 May 2020 19:30 Qarabağ 648
"Transferlərlə bağlı hazırda hansısa iş getmir" -

"Donald Geryenin "Qarabağ"a gəlmək istəyi ilə bağlı mən də saytlardan oxumuşam. Amma hazırda biz tərəfdən ona hansısa təklif olmayıb"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.

Geryenin yenidən "Qarabağ"a qayıtması barədə yayılan xəbərlərə münasibət bildirən klub rəsmisi, hazırda daha vacib məsələlər olduğunu bilidirib:

"Qarşıda belə bir şey olarsa, əlbəttə, baxacağıq. Hazırda daha önəmli məsələlər var. Çempionatı başa vurmalıyıq. Hələki bu haqda fikirləşirik. Transferlərlə bağlı hazırda hansısa iş getmir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti