"Qarabağ"da yeni era, Qurban Qurbanov ilk dəfə - VİDEO

2 Aprel 2020 23:20 Qarabağ 883
"Qarabağ"da yeni era, Qurban Qurbanov ilk dəfə - VİDEO

24 may 2009... "Qarabağ"da yeni eranın təməlinin atıldığı gün.

Sportinfo.az xəbər verir ki, Premyer Liqada mövsümü 5-ci yerdə bitirən "Qarabağ" kubokunun finalında "İnter"ə 1:0 hesabıyla qalib gəlib, avrokuboklara vəsiqə qazandı.

"Xəzər"TV-nin tanınmış idman aparıcısı Ceyhun Rzayevin yaydığı bu videoda kimlər yoxdu ki..?

Həmkarımızdan sitat: "Qurban Qurbanov məşqçi kimi ilk dəfə atılıb-tutulur, vitse-prezident Tahir Gözəl futbolçulara amiqoluq edir, baş direktor Əmrah Çəlikəl göyün yeddinci qatındadır, penaltinin səbəbkarı Samir Abasov özünü təqsirkar bilir, Cavid Hüseynov məyusdur, Vaqif Cavadov komandasını hamıdan güclü sayır, Elnur Allahverdiyev həmişəki kimi emosionaldır, Zaur Ramazanovun şirin Bakı ləhcəsi, hakim İnqilab Məmmədov Ramin Musayev üçün medalları tutub, Mehmet Ak az qala məni qucaqlayacaq…".

Digər Xəbərlər
Xəbər Lenti