“Neftçi” rəhbərliyi Səlahət Ağayevin üstündən xətt çəkməsəydi…

21 Mart 2020 15:04 Qarabağ 1 330
“Neftçi” rəhbərliyi Səlahət Ağayevin üstündən xətt çəkməsəydi…

Bu mövsüm ən çox quru oyun keçirən qapıçı Şahruddin Məhəmmədəliyevdir.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Premyer Liqanın 9 matçında qapısını toxunulmaz saxlayıb.

Onun ən yaxın izləyicisi Səlahət Ağayevdir. “Neftçi”nin qolkiperi 8 qarşılaşmada qol buraxmayıb. Çempionatın turnir cədvəlində olduğu kimi bu siyahıda da “Qarabağ” və “Neftçi”dən sonra “Keşlə” təmsilçisi gəlir. Moldovalı Stanislav Namaşko 7 matçı quru keçirib.

Ən azı 5 belə oyun keçirən digər qapıçı da “Qarabağ”ın üzvüdür. Asmir Beqoviç qısa müddət çıxış etdiyi çempionatın 6 matçında qapısının toxunulmazlığını qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti