Dünyada Qurban Qurbanovdan güclü neçə məşqçi var?

17 Mart 2020 21:00 Qarabağ 858
Dünyada Qurban Qurbanovdan güclü neçə məşqçi var?

Dünyanın ən yaxşı futbol məşqçilərinin reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, planetin 1000 ən yaxşı futbol mütəxəssisi sırasında Azərbaycan bir məşqçi ilə təmsil olunub.

Ölkəmizin yeganə təmsilçisi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. 48 yaşlı mütəxəssis 1054 xalla dünyanın 560-cı məşqçisidir.

Koronavirus pandemiyası üzündən Azərbaycan Premyer Liqası təxirə salındığı üçün “Qarabağ” heç bir matça çıxmasa da, Qurbanov 6 pillə irəliləyib. Ötən cədvəldə 1054 xala malik mütəxəssis 566-cı yerdə idi.

siyahının 1-ci pilləsində hesabında 14 min 918 xal olan “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti