"Sumqayıt"ın prezidentinə 20 min dollar verən qapıçı gedir

25 Fevral 2020 13:40 Qarabağ 1 336
"Sumqayıt"ın prezidentinə 20 min dollar verən qapıçı gedir

«Qarabağ»ın qapıçısı Vaqner da Silva yeni klub axtarışına çıxıb.

Sportinfo.az-ın məlumatına görə, Azərbaycanda ikinci mövsümünü keçirən braziliyalı kiper hazırda Avropanın bir neçə komandasıyla danışıqlar aparır.

Ağdam təmsilçisi ilə müqaviləsi 4 ay sonra başa çatacaq «əlcə» sahibi»nə Portuqaliya və ölkəsindən də təkliflər gəlib.

O, «Qarabağ»a «Boavişta»dan transfer olub. Portuqaliyada Kamran Ağayevlə bir yerdə çıxış etmiş Vaqner burada çox az şans qazanır. Xüsusən cari mövsüm ərzində. Əvvəlcə Asmir Beqoviçin, indi isə Şahruddin Məhəmmədəliyevin kölgəsində qalıb.

Nadir hallarda meydana çıxan «sambaçı»nın menecerinin Riad Rəfiyevin ollmasını xatırladaq. «Sumqayıt»ın prezident-meneceri onun «Qarabağ»la anlaşmasından 20 min dollar qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!