"Kordoba"nın istədiyi pulu "Qarabağ" ödədi" - OVUSUDAN SƏRT İTTİHAMLAR

27 Yanvar 2020 10:44 Qarabağ 1 186
"Kordoba"nın istədiyi pulu "Qarabağ" ödədi" - OVUSUDAN SƏRT İTTİHAMLAR

"Qarabağ"ın yeni transferi Kvabena Ovusu "Kordoba"dan gedişinin səbəblərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qanalı hücumçu buna görə komandanın baş məşqçisi Raul Aqneni günahlandırıb. 22 yaşlı futbolçu bildirib ki, alçaldıcı münasibətə görə ispan mütəxəssislə işləmək çətin idi:

"Meydanda onun üçün hər şeyi edən oyunçusuna belə münasibət göstərən ikinci bir məşqçi tanımıram. Həmişə milliyə çağırılanda onunla problem yaşayırdım. Yığmanın düşərgəsindən dərhal qayıdırdım ki, heç bir səbəb göstərmədən məni ehtiyatda saxlamasın.

Aqne "Rekreativo" ilə oyunda penalti qazandırıb, qol vuranda belə, məni təbrik etmədi. Yaxşı oynadığım matçlarda da mənə təzyiq göstərirdi. Buna görə heç vaxt ona səsimi qaldırmamışam, narazılıqlarını hər zaman sakit qarşılamışam.

Turnir cədvəlində bizdən yuxarıda qərarlaşan klublardan təkliflər var idi. Amma mən, pulumu verməsələr belə, "Kordoba"da oynamaq istəyirdim".

Ovusu "Kordoba"nın idman direktoru Alfonso Serrano barədə də sərt danışıb: "Sonra Avropa Liqası və Çempionlar Liqasının qruplarında oynayan klubdan, "Qarabağ"dan təklif gəldi. Onlar "Leqanes"lə razılığa gəldikdən sonra mənimlə əlaqə saxladılar. Ancaq həmin vaxt Serrano mənə fikirlərini dəyişdiklərini bildirdi. Söylədi ki, Aqne yeni oyunçu alınana qədər səni buraxmaq istəmir. Halbuki "Kordoba" rəhbərliyi həm "Leqanes", həm də "Qarabağ"a transferlə bağlı razılıq vermişdi.

İdman direktorunun "yox" deməsinə baxmayaraq, bazar günü düşərgəni tərk etdim. Çünki mənimlə danışmayan məşqçi ilə işləmək ağır idi. "Kordoba"ya ödəməli olduğum 8 min avronu "Qarabağ" verdi".

Ovusu sonda isə azarkeşlərlə vidalaşıb: "Verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Tezliklə II divizionda görüşərik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"