"Qarabağ"ın legionerinə 1 milyonluq təklif - GEDİR

20 Yanvar 2020 15:26 Qarabağ 1 965
"Qarabağ"ın legionerinə 1 milyonluq təklif - GEDİR

Dani Kintananın "Qarabağ"dakı taleyinə böyük ölçüdə aydınlıq gəlib. Sportinfo.az-ın əldə etdiyi məlumata görə, ispaniyalı futbolçu komandadan ayrılmağa qərar verib.

Bir müddətdir Çinin I liqa klubu ilə danışıq aparan 32 yaşlı yarımmüdafiəçi hələlik adı açıqlanmayan komanda ilə demək olar ki, anlaşıb. Transferlə bağlı bəzi xırda nüanslar qalıb. Asiya təmsilçisi təcrübəli oyunçuya illik 1 milyon avro təklif edir.

Bundan başqa, çinlilər "Qarabağ"a da müəyyən məbləğdə təzminat ödəyəcəklər. Çünki Kintananın Ağdam klubu ilə bu ilin 30 iyununa qədər müqaviləsi var.

Dani Antalyada Qurban Qurbanovla söhbətində bildirib ki, son 1-2 ildə tez-tez zədələndiyi, az oynadığı və komandaya yetərincə xeyir verə bilmədiyi üçün komandada özünü rahat hiss etmir, buna görə də getmək istəyir.

Keçid baş tutsa, bu, "Qarabağ"dan Çinə 2-ci legioner transferi olacaq. 2018-ci ilin qışında Dino Ndlovu Azərbaycan çempionunu "Xançjou Qrintaun" klubuna dəyişmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!