"Bəlkə də bir gün "Qarabağ"a qayıdaram" - Pedro Enrike

10 Noyabr 2019 22:30 Qarabağ 843
"Bəlkə də bir gün "Qarabağ"a qayıdaram" - Pedro Enrike

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Premyer Liqanın XI turunun "Zirə" ilə oyunundan sonra Sportinfo.az-ın da əməkdaşının suallarını cavablandırıb.

- Bakıya səfəriniz işlə bağlıdır, yoxsa dostlarınızı görməyə, istirahət etməyə gəlmisiz?
- Mənim burada çoxlu dostlarım var. Onları görməyə gəlmişəm. "Qarabağ" karyeramda xüsusi yeri olan klubdur. Burada çox gözəl mövsüm keçirmişəm. Yenidən keçmiş komanda yoldaşlarımı görmək xoş oldu.

- Azarkeşlər, futbolla maraqlanan insanlar sizin üçün darıxıb. Fanatlar "Biz Pedronu istəyirik" deyə qışqırırdılar...
- (Gülür). Hə, bunu eşitmək xoş oldu. Bir çox azarkeşlərlə hələ də əlaqə saxlayırıq. İnternet var, ona görə də bunu etmək çox asandır. Bəlkə də bir gün "Qarabağ"a qayıdaram. Klubun qapılarının keçmiş futbolçularının üzünə açıq olması əladır.

- Sən özün necə, "Qarabağ"a qayıtmaq istərdin?
- "Kayserispor"la müqaviləm var. Ancaq gələcəkdə hər şey ola bilər. Əgər "Qarabağ" üçün vacib oyunçu sayılaramsa, qayıtmağımı istəsələr, möhtəşəm olar.

- Hazırda bu məsələ aktualdır?
- Bu barədə heç nə deyə bilmərəm. Çünki "Kayserispor"la müqaviləm davam edir. Sonra necə olacaq, baxarıq.

- "Qarabağ"ın oyunlarını, avrokubokdakı çıxışını izləyirsən?
- Bəli, bütün oyunlarına baxıram. Uşaqlarla da daim əlaqə saxlayıram.

- APOEL-ə məğlubiyyətə görə üzüldün?
- Bəli, pis oldum. Amma həmin oyunu unudub, qarşıdakı matçlara köklənmək lazımdır.

- "Qarabağ"la "Kayserispor"u müqayisə etsək, hansında oynamaq sənin üçün daha rahatdır?
- Türkiyə çempionatı çox çətindir. Orada asan oyun olmur.

- APOEL-ə məğlubiyyətdən sonra "Qarabağ"ın qrupdan çıxmaq şanslarını necə qiymətləndirirsən?
- Mən "Qarabağ"ın qrupdan çıxacağına inanıram. Ümid edirəm ki, bunu bacaracaqlar.

- "Qarabağ"da qalmağına nə mane oldu?
- Həmin vaxt vəziyyət qarışıq idi. PAOK-la müqaviləm qüvvədəydi. Bilirsiz ki, PAOK da mənim üçün xüsusi klubdur. Orada qalmaq istəyirdim. Ancaq "Astana"ya gedəsi oldum. Orada bir az problemlərim oldu. Bu kluba keçməkdənsə, "Qarabağ"da qalmaq daha yaxşı olardı. Bu, mənim sabiq komandam olan PAOK-un qərarı idi. Futbolda belə şeylər olur.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!