"Strasburq"dan təklif alan "Qarabağ" rəhbərliyi hələ yekun qərarını müəyyənləşdirməyib.
Söhbət 15 yaşlı Əli Bəşirova görə Fransa klubundan gələn dəvətdən gedir.
O, yaşının az olmasına baxmayaraq, bu qış hətta Qurban Qurbanov tərəfindən əsas komandanın Türkiyənin Antalya şəhərindəki toplanışına cəlb olunub.
Yəni hücumameyilli yarımmüdafiəçi öz potensialı ilə baş məşqçi Qurban Qurbanovun da diqqətini çəkib.
Ə.Bəşirov həm də U-18 millisinin üzvüdür və bu yaxınlarda Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirində iştirak edib, gözəl qol vurması ilə fərqlənib.
Liqa-1 təmsilçisi onu baxışa dəvət edib. "Strasburq" Əlinin may ayında Fransaya gəlməsini gözlədiyini ağdamlı rəsmilərin diqqətinə çatdırıb.
Həmyerlimizin 10-15 gün ərzində yoxlanışdan keçməsi istənilib. Bəşirov bu müddətdə gənclərdən ibarət komandanın sıralarında yer alacaq.
Fransızlar "Qarabağ"dan gələcək cavabı bir neçə gün gözləməlidir. Çünki rəsmilər Qurban Qurbaovun rəyini almayıb hələ.
Baş məşqçi yeniyetmə barədə mövqeyini bildirəndən sonra "köhlən atlar" Liqa-1 təmsilçisinə elan edəcək ki, Əlini ora göndərəcək, ya göndərməyəcək.
SPORTİNFO.AZ

